Ərdoğan: “Bir il ərzində dağılan binaların yerinə 2-3-4 mərtəbəli evlər tikiləcək” - VİDEO

Ərdoğan: “Bir il ərzində dağılan binaların yerinə 2-3-4 mərtəbəli evlər tikiləcək” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Bir il ərzində dağılan binaların yerinə 2-3-4 mərtəbəli evlər tikiləcək” - VİDEO

119507

“Biz dövlətə sələmçilərin, fitnə salanların, talan törədənlərin fəaliyyətinə müdaxilə etmək hüququ verəcəyik”.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdəki çıxışında bildirib.

Türkiyə lideri bildirib ki, zəlzələ baş verən andan etibarən bütün dövlət qurumları səfərbər olunub.

“Məqsədimiz 1 il ərzində sökülən binaların yerinə 2-3-4 mərtəbəli evlər tikməkdir. Keçid dövründə vətəndaşlarımızın hər birinə 10 min lirə yardım (903 manat) pul yardımı edəcəyik”.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, təbii fəlakəti siyasi istismar alətinə çevirmək istəyənlər də var.

“Mənim vətəndaşım bu sui-istifadəyə imkan verməyəcək”, - deyə R.T.Ərdoğan bəyan edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO