Ryabkovun BƏYANATI - “Rusiyadan gözləyirik ki, Ermənistana təzyiqlər etsin”

Ryabkovun BƏYANATI - “Rusiyadan gözləyirik ki, Ermənistana təzyiqlər etsin”

Hazırda oxunan: Ryabkovun BƏYANATI - “Rusiyadan gözləyirik ki, Ermənistana təzyiqlər etsin”

119499

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransında bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsi müzakirə edilir.
O qeyd edib ki, Kreml bu məsələnin müzakirəsini diqqətdə saxlayır.

Qeyd edək ki, xeyli müddətdir Azərbaycan və Ermənsitan rəsmiləri arasında görüşlər baş tutmur. Keçən ilin sonlarından başlayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi səbəbindən bu sayaq təmaslar demək olar ki, dayanıb. Ermənistan rəsmiləri Brüssel formatında Fransanın da iştirakını önə çəkməklə bu istiqamətdə görüşlərin baş tutmasını əngəlləyib. Digər tərəfdən, İrəvan Moskva formatında iştirakda da maraqlı olmadğını ortaya qoyub. 

Buna baxmayaraq, vasitəçi tərəflər, xüsusən də Moskva son zamanlar prosesdə yenidən canlanma yaratmaq istəyində olduqlarını bəyan edirlər. 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, Rusiya prosesin dinamikasını bərpa etmək istəyirsə, İrəvana müəyyən təzyiqlər göstərməlidir:

“Belə bir görüşün olacağını istisna etmirəm. Əslində, onun baş tutması Azərbaycan üçün də zəruri olan görüşdür. Sadəcə bir məsələ var ki, Azərbaycan görüş xatirinə görüşlərdə iştirak etmək niyyətində deyil. Ölkəmizin istədiyi odur ki, proses dayandığımız gündəlik üzrə getsin. Hamıya məlumdur ki, əsas məsələlər kommunikasiyaların açılması, sülh sazişinin bağlanması və delimitasiya və demarkasiya ilə bağlı olan məsələlərdir. Bütün bu məsələlər üzərində işlər dayanıb. Heç bir əməli işlər görülmür. İrəvan prosesi demək olar ki, bloklayır. Rusiyadan gözləyirik ki, bu fonda Ermənistana təzyiqlər etsin”. 

Həmsöhbətimiz deyir ki, Rusiya bu aktivliyilə digər vasitəçilərə özünün prosesə ciddi yanaşdığını nümayiş etdirmək istəyir: 

“Burada Moskvanın geosiyasi istəyi odur ki, digər vasitəçilərin edə bilmədiyi məsələləri həll edə bilsin. Avropa İttifaqı meydançasından Fransa-Ermənistan tandeminə görə istifadə edə bilmirik. ABŞ-da tərəflərin görüşməsi üçün heç bir təklifdə bulunmayıb. Əsas məqsəd isə görüşün keçirilməsi deyil, onun səmərəli olmasıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO