Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə Qusar rayonunda (Qusar icra hakimiyyətində və Gənclər evində) humanitar yardımlar toplanır.
Bu fikirləri Bizim.Media-ya Qarabağ Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov deyib.
Onun sözlərinə görə, idarə və müəssisələr yardımı icra hakimiyyətinə, sakinlər isə Gənclər evinə gətirirlər:
“Toplanan yardımlar təzə yorğan-döşək, yuyucu və təmizlik vasitələri, konserv məmulatları, isti geyimlər və quru qidalardır”.
Qusardan yardımın fevralın 11-də Bakıya göndəriləcəyi deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu