Erməni jurnalistdən şok açıqlama: “6 ay sonra Ermənistan dövlət kimi mövcud olmayacaq”

Erməni jurnalistdən şok açıqlama: “6 ay sonra Ermənistan dövlət kimi mövcud olmayacaq”

Hazırda oxunan: Erməni jurnalistdən şok açıqlama: “6 ay sonra Ermənistan dövlət kimi mövcud olmayacaq”

11933

Düşünürəm ki, ''Türk Nikol'' ölkə iqtisadiyyatını məqsədli şəkildə defolta aparır. Defoltdan sonra Ermənistan cüzi miqdar pul qarşılığında öz iqtisadiyyatını tamamilə itirəcək.

Ölkə təkcə siyasi deyil, iqtisadi cəhətdən də Türkiyənin müstəmləkəsi olacaq. Daha üç ay, maksimum altı ay sonra Ermənistanın dövlət suverenliyini unuda bilərsiniz.

Bizim.Media Ermənistanın ''Yerkramas'' xəbər portalına istinadən məlumat verir ki, bu sözləri tanınmış erməni jurnalisti, "News Media" holdinqinin təsisçisi Aram Qabrielyanov  telegram kanalında yazıb.

Onun sözlərinə görə, Paşinyanın üç ilə yaxın hakimiyyətindən sonra bu gün Ermənistan müharibədə rüsvayçı məğlubiyyət almış ölkədir:

''Yalnız ordu təslim olmayıb, həm də xalqın iradəsi sındırılıb. Ermənilərin başlarında tamamilə durğunluq, ruhlarında isə kədər və əzab hökm sürür. Ölkədə heç bir ideologiya yoxdur. İqtisadi sıçrayış mümkün deyil, bir dənə də olsun ciddi inkişaf proqramı yoxdur''.

Jurnalist ölkədə xarici siyasət adlı bir şeyin mövcud olmadığını vurğulayıb.

Onun sözlərinə görə baş nazir ölkənin xarici siyasətini demək olar ki, hər gün çirkaba batırmaqla məşğuldur.

Xarici işlər nazirliyi isə sadəcə olaraq baş nazirin çirkli fikirlərini təmizə çıxaran camaşırxanaya çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO