Gəncə sakinləri zəlzələdə zərərçəkən qardaşlarımıza yardım toplayır - FOTO 

Gəncə sakinləri zəlzələdə zərərçəkən qardaşlarımıza yardım toplayır - FOTO 

Hazırda oxunan: Gəncə sakinləri zəlzələdə zərərçəkən qardaşlarımıza yardım toplayır - FOTO 

119317

Gəncə şəhər sakinlərinin təşəbbüsü ilə Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlər üçün humanitar yardım toplanır.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə bununla əlaqədar olaraq “GALAKSİ” Türk Tekstil Fabrikinin anbarında yardım məntəqəsi yaradılıb.  

Sakinlər qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri sözügedən məntəqədə olublar. 
Şəhər rəhbəri burada aidiyyəti üzrə öz tövsiyələrini verib.  

Qeyd edək ki, şəhərin bir neçə məntəqəsində zəlzələdən əziyyət çəkənlər üçün yardımların toplanması davam edir. Şəhər əhalisi gecə saatlarına qədər yardım üçün lazım olan ləvazimatları həmin məntəqələrə gətirir.  











Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO