Kürdəmir sakinləri qardaş Türkiyəyə yardım kampaniyasına qoşuldu - FOTO

Kürdəmir sakinləri qardaş Türkiyəyə yardım kampaniyasına qoşuldu - FOTO

Hazırda oxunan: Kürdəmir sakinləri qardaş Türkiyəyə yardım kampaniyasına qoşuldu - FOTO

119257

Kürdəmir sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan görən əhaliyə kömək məqsədilə yardım kampaniyasına start veriblər.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, səhər saatlarından başlayan aksiyada rayon sakinlər fəal iştirak edirlər. Belə ki, onların topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələr rayon ərazisində yerləşən Cümə məscidinə toplanır.

Məscidin axundu Aqil Əliyev Bizim.Media-nın yerli bürosuna bildirib ki, aksiya başladığı andan rayonda 7-dən 70-ə hamı bu aksiyada fəallıq nümayiş etdirirlər.

Toplanan yardımlar başa çatan kimi xüsusi avtomobillərlə qardaş Türkiyəyə təbii fəlakətdən əziyyət çəkən insanlara göndəriləcək.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO