Ermənistanda yüksək rütbəli hərbiçilərə “xəyanət” ittihamı

Ermənistanda yüksək rütbəli hərbiçilərə “xəyanət” ittihamı

Hazırda oxunan: Ermənistanda yüksək rütbəli hərbiçilərə “xəyanət” ittihamı

11924

Ermənistan Vəkillər Palatası yüksək rütbəli hərbiçilərə və səlahiyyətli şəxslərə qarşı “xəyanət” maddəsi ilə cinayət işi açılmasını tələb edir.

Bizim.Media “yeraven.today” saytına istinadən məlumat verir ki, Vəkillər Palatasının sədri Ara Zohrabyan jurnalistlərə açıqlamasında xəyanətlərlə bağlıprokurorluğa və Xüsusi İstintaq Xidmətinə bəzi dəlilər təqdim etmək istədiklərini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İtkin düşən hərbçilərin yaxınlarından çılpaq fotolar tələb edildi - Ermənistanda rəzalət


“Biz xəyanətin mütləq baş verdiyini demirik. Bu istiqamətdə şübhələrimiz olduğunu, cinayət işi açılmasını və istintaq aparılmasının lazım olduğunu deyirik.

İş məhz “xəyanət” maddəsi ilə başlanmalıdır. Bu, ilk növbədə səlahiyyətlilərin özləri üçün lazımdır.

Əgər hərəkətlərinin həqiqətən xəyanətlə heç bir əlaqəsi yoxdursa və uğursuzluğumuz onların bacarıqsızlıqlarının bir nəticəsidirsə, bunu müəyyənləşdirmək üçün istintaqın aparılması maraqlı olmalıdırlar. Əks təqdirdə istintaqın nəticələrindən qorxduqlarını düşünə bilərik”, deyə Zohrabyan qeyd edib.

Qeyd edək ki, Ermənistanın keçmiş baş qərargah rəisi Movses Akopyan məğlubiyyətin əsas səbəbkarı kimi yüksək rütbəli hərbiçilərin “xəyanət”ini göstərmişdi.

Keçmiş qərargah rəisinin açıqlamasındna sonra Ermənistan Vəkillər Platası məsələ ilə bağlı dədillər topladığını və ən qısa zamanda məhkəməyə müraciət edəcəyini elan etmişdi.

Son günlərdə isə ordu sıralarından “fərarilik” ittihamı üzrə 10 mindən hərbi qulluqçunun cinayət işi üzrə məhkəmə prosesi aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO