Şabranda da Türkiyəyə yardımlar TOPLANIR - FOTO

Şabranda da Türkiyəyə yardımlar TOPLANIR - FOTO

Hazırda oxunan: Şabranda da Türkiyəyə yardımlar TOPLANIR - FOTO

119230

Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım toplanılması üçün Şabran rayonunda da kampaniya başlayıb.

Bizim.Media xəbər verir ki, rayon sakinləri bu gün səhər saatlarından Şabran şəhər Mədəniyyət Mərkəzinə gələrək Türkiyədə zəlzələdən zərər çəkən soydaşlarımıza öz yardımlarını gətirirlər.

Yardımlar əsasən, zərərçəkənlərin ehtiyacları olan qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator, təmizlik alətləri və s.-dən ibarətdir.

Bununla bağlı Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən sosial şəbəkə vasitəsilə rayon əhalisinə çağırış edilib.

Ətraflı məlumat üçün 070314 68 34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO