İndi olduğumuz ərazidən növbəti yardım TIR-ları qardaş Türkiyəyə yola çıxır. Qardaş harayına qoşan vətəndaşlarımızın isə ardı-arası kəsilmir.
Bizim.Media-nın ərazidə olan əməkdaşları xəbər verir ki, yardım gətirənlər bunu can acısı, ürək yanğısı ilə edirlər.
Elə həmsöhbətimiz Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov kimi.
O, bir müharibə iştirakçısı olaraq yaralı əlinin türk həkimləri tərəfindən bərpa olunduğunu diqqətə çatıdırıb:
"Türkiyə türk dünyamızın sönməz günəşidir. O heç bir zaman sönməyəcək. Mən oradan bu yaxınlarda gəlmişəm. Dünəndən də isti paltarlarımı gətirmişəm. Onların içində Azərbaycan-Türkiyə bayraqları və Zəngəzur qəzeti var".
Daha ətraflı videomaterialdan izləyin:
Səkinə Yusibli, Rəşad Əliyev, Bizim.Media