Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Hazırda oxunan: Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

11909

Ölkə ərazisində hava pisləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Yağış, qar, külək - Sabahın havası


Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə  sulu qara,  qara keçəcəyi ehtimal olunur.

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq. 

Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO