Soydaşlarımızın Türkiyənin zəlzələ bölgəsindən təxliyəsinə başlanıldı

Soydaşlarımızın Türkiyənin zəlzələ bölgəsindən təxliyəsinə başlanıldı

Hazırda oxunan: Soydaşlarımızın Türkiyənin zəlzələ bölgəsindən təxliyəsinə başlanıldı

119075

Bu gün saat 15:00-dan etibarən Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyə prosesinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. 

Səfir deyib ki, artıq dünən Azərbaycan hökuməti tərəfindən zəlzələ bölgələrində yaşayan azərbaycanlıların təxliyəsi ilə bağlı qərar qəbul edilib və bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyə avtobusları yola düşür. 
“Biz operativ qərargahlara daxil olan zəngləri araşdırırıq və bunun əsasında təxliyə ediləcək insanları avtobuslara yerləşdiririk”, - səfir əlavə edib. 

Rəşad Məmmədov qeyd edib ki, təxliyə ediləcək Azərbaycan vətəndaşları Gürcüstan üzərindən Vətənə yola salınacaq: 

“Artıq bir neçə avtobus dolub və yola düşür”. 

Səfir təxliyə ediləcək Azərbaycan vətəndaşlarının sayını açıqlamayıb. O qeyd edib ki, təxliyə olunanların sayını axşam elan edəcəklər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO