Xarici sulardakı dənizçilərimizdən Türkiyəyə dəstək - FOTO

Xarici sulardakı dənizçilərimizdən Türkiyəyə dəstək - FOTO

Hazırda oxunan: Xarici sulardakı dənizçilərimizdən Türkiyəyə dəstək - FOTO

119041

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda istismar olunan gəmilərinin heyət üzvləri Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar dəstək xarakterli aksiya təşkil ediblər.

Bizim.Media xəbər verir ki, dənizçilər dağıdıcı zəlzələyə diqqəti artırmaq məqsədilə öz təşəbbüsləri ilə çalışdıqları gəmilərin göyərtlərində “Pray For Türkiye” posterləri açıblar.

Bununla gəmiçilər həm də, təbii fəlakətdən təəssüfləndiklərini, hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyə xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.
Dəstək aksiyaları zamanı dənizçilər zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini anıb, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO