Baş ağrısı zamanı tezbazar dərman içməyin! - Nevroloqdan XƏBƏRDARLIQ

Baş ağrısı zamanı tezbazar dərman içməyin! - Nevroloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Baş ağrısı zamanı tezbazar dərman içməyin! - Nevroloqdan XƏBƏRDARLIQ

119033

Baş ağrısı müayinə və müalicə tələb edən ayrıca bir xəstəlikdir. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyə Məmmədova deyib.

Həkim-nevroloq baş ağrısı və onun müalicəsi ilə bağlı bir sıra suallara aydınlıq gətirib:

“Əsasən baş ağrıları başın birtərəfli, yaxud ikitərəfli nəbzvari, deşici ağrısı ilə, başın gicgah, təpə, ənsə nahiyyələrində olan sıxıcı, basıcı ağrıları, başın üz nahiyyəsində olan müxtəlif xarakterli ağrılar ilə, eləcə də, ürəkbulanma, başgicəllənmə, halsızlıq, iylərə, işığa, səsə qarşı həssaslıq şikayətləri ola bilər.
Bu şikayətlərə və ətraflı anamnezə (xəstəlik tarixçəsi) əsasən baş ağrı üzrə ixtisaslaşmış nevroloqlar düzgün diaqnoz qoya bilər. Bəzən baş ağrıların səbəbi olmur, burda bir çox ətraf mühit və yaxud genetik faktorlar rol oynaya bilər”.

Həkim bildirib ki, miqren baş ağrılarının aura ilə müşayət olunan və olunmayan növləri var: 

“Aura adətən baş ağrılarından öncə başlaya və qısa müddətdən sonra baş ağrısına keçə bilər. Bu zamanı pasientlərin gözlərində qığılcımlar, parlaq işıqlar, qoxu və səs hallüsinasiyaları, üzdə və ətraflarda qarışqa gəzintisinə bənzər və keyləşmə kimi hissiyat pozuntuları müşahidə edilir. Miqren zamanı baş ağrı yüngüldən çox şiddətli ağrılara qədər arta bilər. Davamlı, yaxud tutma şəkilli, bəzən isə günlərlə çəkə bilər. Dayanmadan olan baş ağrıları “miqreniz status” adlanır və təcili tibbi yardım tələb edir”.

Mərziyə Məmmədova baş ağrıları zamanı həkim təyinatı olmadan ağrıkəsicilərdən istifadənin doğru olmadığını vurğulayıb:

“Həkim təyinatı olmadan satılan dərmanların həddindən artıq istifadəsi əslində əks təsirə səbəb ola bilər. Yəni, baş ağrıları daha da güclənə bilər. Belə pasientləri müalicə etmək çətindir, çünki onlar minimal ağrı belə olanda dərhal dərman alıb içirlər. Lakin əsas diqqət yetirməli olduqları səbəbləri isə aradan qaldırmırlar.
Belə pasientlər mütləq maarifləndirilməli və preventiv uzunmüddətli müalicəyə alınmalıdılar. Əlbəttə ki, həkimin tövsiyələrinə riayət edən şəxslərdə uzunmüddətli remissiya əldə etmək olur və ağrıların intensivliyi, şiddəti azalır, yaxud uzun illər özünü biruzə vermir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO