Azərbaycandan növbəti yardım Türkiyəyə yola düşdü – FOTO/VİDEO 

Azərbaycandan növbəti yardım Türkiyəyə yola düşdü – FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycandan növbəti yardım Türkiyəyə yola düşdü – FOTO/VİDEO 

119001

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bizim.Media xəbər verir ki, FHN məlumat yayıb. 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 3432 nəfər ölüb, 21 103 nəfər yaralanıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO