Bakıda binanın sütunlarını kəsənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

Bakıda binanın sütunlarını kəsənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

Hazırda oxunan: Bakıda binanın sütunlarını kəsənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

118997

Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli 24 ünvanında çoxmərtəbəli binanın sütunlarının kəsilməsi barədə sosial şəbəkədə yayılmış videogörüntülər araşdırılıb.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri həmin ünvanda reyd keçirib.

Reyddə media nümayəndələri də iştirak edib. Qeyd olunub ki, sosial şəbəkələrdə həmin binanın -2-ci mərtəbəsində, yəni qarajında sütunların sökülməsi barədə görüntülər yayılıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Bəxtiyar Tağıyev bildirib ki, bu bina 2005-ci ildə tikilib:

"Binanın 3 girişi var. 20-21 mərtəbəli binanın zirzəmisində 5 yerdə sütunların ölçüsü kiçildilib. Sütunlar arasında ara məsafə genişləndirilib. Bu, qanunsuzdur. Həmin şəxslər məsuliyyətə cəlb olunacaq. Bura yalnız avtomobil dayanacağı kimi istifadə edilə bilər. Bu əməli kimin törətdiyi hələlik məlum deyil”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO