"Rusiyanın 1000-dən çox hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

Hazırda oxunan: "Rusiyanın 1000-dən çox hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

118915

Ukrayna ordusu son sutkada Rusiyanın 1030 hərbçisini məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 133 190 hərbçisini zərərsizləşdirib.

Qeyd edilib ki, bu müddət ərzində Rusiyanın digər döyüş itkiləri 3 245 tank, 6 443 zirehli maşın, 1958 operativ-taktiki PUA, 2232 artilleriya sistemi, 461 reaktiv yaylım atəşi sistemi, 227 hava hücumundan müdafiə sistemi, 294 təyyarə, 18 gəmi, 284 helikopter, 796 qanadlı raket, 5 091 avtomobil və tanker, 203 xüsusi texnikadan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO