Xilasedicilərimiz Kahramanmaraşda ZƏLZƏLƏ BÖLGƏSİNDƏ

Xilasedicilərimiz Kahramanmaraşda ZƏLZƏLƏ BÖLGƏSİNDƏ

Hazırda oxunan: Xilasedicilərimiz Kahramanmaraşda ZƏLZƏLƏ BÖLGƏSİNDƏ

118879

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

Bizim.Media xəbər verir ki, günün ikinci yarısından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşün Azərbaycanın xilasediciləri artıq Kahramanmaraşa gəliblər.

Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələrin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Qeyd edək ki, Türkiyədə zəlzələ qurbanlarının sayı 2921-ə çatıb, 15 834 yaralı var. Dağıntıya məruz qalmış bina sayı isə 6217-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO