Türkiyədə DƏHŞƏTLİ QƏZA: 30 yaralı var - FOTO 

Türkiyədə DƏHŞƏTLİ QƏZA: 30 yaralı var - FOTO 

Hazırda oxunan: Türkiyədə DƏHŞƏTLİ QƏZA: 30 yaralı var - FOTO 

118493

Türkiyənin Diyarbəkir bölgəsində sərnişin avtobusu qəza törədib.  

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Diyarbəkir-Şanlıurfa yolunun 36-cı kilometrliyində baş verib.  

Belə ki, Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu qar və buzlanma səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb. 

İlkin məlumata görə, qəza nəticəsində 4-ü ağır olmaqla 30 nəfər yaralanıb. Əraziyə dərhal polis, jandarma, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasediciləri cəlb edilib. 
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO