Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Xocavənd şəhərində ərazilərin minalardan təmizlənməsi üzrə işləri tam başa çatdırıblar.
Bizim.Media RİA Novosti-yə istinadın xıbır verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Azad edilən ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edildi
Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən ötən ilin 23 noyabr tarixindən etibarən Dağlıq Qarabağda 1371,3 hektardan çox ərazi minalardan təmizlənib.
Bildirilib ki, əməliyyatlar zamanı 429,8 kilometr yol, 1308 bina, 29 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. Həmçinin 24 289 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Bizim.Media