Ukraynada MÜHARİBƏ davam edərsə, regionda nə baş verəcək? - POLİTOLOQ

Ukraynada MÜHARİBƏ davam edərsə, regionda nə baş verəcək? - POLİTOLOQ

Hazırda oxunan: Ukraynada MÜHARİBƏ davam edərsə, regionda nə baş verəcək? - POLİTOLOQ

118306

İsvəçrənin “Neue Zurcher Zeitung” nəşrinin yazdığına görə, ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns yanvar ayında Rusiya və Ukraynaya sülh planı təklif edib. Bu planda hərbi əməliyyatın dayandırılması müqabilində Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiyaya verilməsinin nəzərdə tutulduğu iddia edilir.

Lakin Moskva və Kiyev bu təklifi rədd edib. Ağ Ev də öz növbəsində mediada yayılan məlumatları yalan adlandırıb. 

Qeyd edək ki, Qərbdə müharibənin davam etdirilməsini istəyən qüvvələrlə yanaşı, onun dayandırılmasına çalışan dairələr də var.

Avropa və ABŞ-da bir çoxları müharibədə qəti qələbənin mümkün olmadığı qənaətindədir. Bu fonda da mövcud vəziyyətdə Ukraynanın bəzi güzəştlərə getməli olduğunu düşünürlər. 
Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Qərbdə və Pentaqonda kifayət qədər yüksək çinli mütəxəssislər müharibənin davam edəcəyi təqdirdə Ukraynanın uduzacağını proqnozlaşdırırlar.

Ona görə də mövcud vəziyyətin tələblərinə uyğun olaraq müharibədən çıxmaq üçün optimal variantları gündəmə gətirirlər: 

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi rəisinin Ukrayna Prezidenti Zelenski ilə danışıqlar apardığı məlumdur. Bu qurum ABŞ siyasi hakimiyyətinin qərarlarının icrasına məsul qurumdur. Məhz bu qurumun dəstəyi və iştirakı ilə uzun illər ayrı-ayrı dövlətlərdə dövlət çevirilişləri həyata keçirilib.

Bu mənada Ukrayna hakimiyyətinin MKİ şefinin məsləhət və ya göstərişlərindən imtina etməsi inandırıcı deyil. Çünki Zelenskinin ABŞ siyasi hakimiyyətinin MKİ vasitəsilə göndərdiyi mesajlardan imtina edə biləcəyini düşünmürəm.

Zelenskinin hakimiyyəti onların verəcəyi dəstəkdən asılıdır. Aydındır ki, Ukrayna resursları, hərbi və demoqrafik imkanları ilə Rusiyaya qarşı dura biləcək dövlət deyil. 

Qərbdə və Pentaqonda kifayət qədər yüksək çinli mütəxəssislər müharibənin davam edəcəyi təqdirdə Ukraynanın uduzacağını proqnozlaşdırır. 80 milyard büdcəsi olan dövlət  trilyon dolalrdan çox büdcəsi olan hərbi bloka qarşı dursa da Qərb uzun müddətdir ki, onu məğlub edə bilmir”. 
Həmsöhbətimizin fikrincə, Pentaqon və MKİ-də rasional düşünənlər anlayır ki, nə sanksiya, nə də hərbi yolla müharibədəki gözləntiləri alınmayacaq:

“Ona görə də Zelenskiyə belə mesajların verilə biləcəyi ehtimalı böyükdür. Verilibsə, Zelenskinin ondan imtina etmək imkanı da sıfır səviyyəsindədir”. 

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO