Ağalı kəndinin 69 sakini işlə təmin olundu - FOTO

Ağalı kəndinin 69 sakini işlə təmin olundu - FOTO

Hazırda oxunan: Ağalı kəndinin 69 sakini işlə təmin olundu - FOTO

118285

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin məşğulluğuna dəstək göstərilməsi işləri davam edir.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, “Böyük Qayıdış”ın ilk iştirakçıları olan Ağalı kənd sakinlərindən artıq 100 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 69 nəfəri Agentliyin dəstəyi ilə işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır. Həmçinin kənddə artıq 10 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilərək kiçik təsərrüfatlar yaradılıb.
Kənd sakinlərindən 21 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstək məqsədi daşıyan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı Ağalı kəndində də icra olunur. Bir qrup kənd sakini həmin proqrama cəlb olunub və onların əməkhaqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO