Ağdamda Rahib Məmmədovun adı verilən Döyüş Şöhrəti muzeyində anım mərasimi KEÇİRİLDİ - FOTO 

Ağdamda Rahib Məmmədovun adı verilən Döyüş Şöhrəti muzeyində anım mərasimi KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Ağdamda Rahib Məmmədovun adı verilən Döyüş Şöhrəti muzeyində anım mərasimi KEÇİRİLDİ - FOTO 

118118

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyində qəhrəman Rahib Məmmədovun anım günü keçirilib. 

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, tədbirdə şəhid ailəsi üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və qəhrəmanın adını daşıyan məktəbin müəllim və şagird kollektivi iştirak edib.  

Tədbir iştirakçıları Rahib Məmmədovun Mahrızlı kənd qəbiristanlığında qəbri üstünə və Mahrızlı kənd tam orta məktəbinin qarşısında qoyulan büstü önünə gül dəstələri qoyaraq qəhrəmanın əziz xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Rahib Məmmədovun həyat yoluna işıq salınıb.  

Tədbirin ərsəyə gəlməsində xidməti olan kənd məktəblilərinə Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyi tərəfindən fəxri fərmanlar təqdim edilib.  

Xatırladaq ki, Rahib Gülmalı oğlu Məmmədov Ağdam rayonunun Mahrızlı kəndində doğulub. O, 2 fevral 1987-ci ildə Gürcüstan Respublikasının Xobi rayonu Caladidi kəndində öz canından keçərək insanları sel daşqınlarından xilas edib.  

Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO