“Gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər”.
Bizim.Media xəbər verir ki, bunu Naxçıvan Universitetində “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva deyib.
O qeyd edib ki, gənclərin milli ruhda tərbiyəsi daima diqqət mərkəzində saxlanılır:
“Bizim istedadlı gənclərimiz çoxdur. Ölkə rəhbərliyi də gənclərimizə güvənir”.
Tədbirdə daha sonra əldə olunan nailiyyətlərdən bəhs olunub.
Çıxış edən universitet rəsmiləri qarşıya qoyulan yeni hədəflərdən söz açıblar.
Bizim.Media