“Tesla” və “SpaceX” şirkətinin rəhbəri İlon Mask Prezident Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində danışmağa dəvət edib.
Bizim.Media TASS xəbər agentliyinə istinadən xəbər verir ki, İlon Mask bu barədə öz “Twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Elon Mask dünya iqtisadiyyatını necə çökdürdü? – FAKT ÜZRƏ
Kremlin rəsmi hesabından bəhs edən iş adamı “Clubhouse”da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”, deyə Putinə səslənib.
“Sizinlə danışmaq böyük qürur olardı”, deyə İlon Mask rus dilində əlavə edib.
Bizim.Media