Şəhriyar Əbilov çəkdiyi rəsm əsərlərini NEÇƏYƏ SATIR? - ÖZƏL - FOTO

Şəhriyar Əbilov çəkdiyi rəsm əsərlərini NEÇƏYƏ SATIR? - ÖZƏL - FOTO

Hazırda oxunan: Şəhriyar Əbilov çəkdiyi rəsm əsərlərini NEÇƏYƏ SATIR? - ÖZƏL - FOTO

117844

“Sabah məni modelyer kimi də görsəniz, təəccüblənməyin”.

Bu sözləri aparıcı və aktyor Şəhriyar Əbilov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Televiziya ulduzu dizaynerlik eşqinə düşdüyünü bildirib:

“Rəssamlıqla məşğul oluram. Əl istər-istəməz məcbur edir ki, eskizlər çəkim. O yöndə bir neçə işlərim var. Üzərində aktiv işlər aparıram.

Gələcəkdə bunun üzərində çalışmaq kimi fikirlərim var. Amma bu haqda çox danışmaq istəmirəm. Çünki gizli saxladığın sirrin üstünü açanda onun enerjisi gedir. Ona görə bu istiqamətdə görəcəyim işlər hələlik sirr kimi qalsın”.
Ş.Əbilov pandemiya dövründə çəkdiyi bir sıra əsərlərini satdığını açıqlayıb:


“Dövlət Rəssamlıq Universitetində təhsil almadığım zamanda, pandemiya dövründə çəkdiyim on rəsm əsərim vardı. O əsərlərdən bir neçəsini satmışam. Çəkdiyim kiçik “Cücələr” rəsmimi 1500 manata satmışdım. Əslində o rəsmi vermək istəmirdim. Amma çox istədiklərindən 1500 manata razılaşdıq. Gələcəkdə digər rəsm əsərlərimi də satmağı düşünürəm”.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO