9-cu Kazan İƏT Gənc Sahibkarlarının Forumuna qeydiyyat başladı

9-cu Kazan İƏT Gənc Sahibkarlarının Forumuna qeydiyyat başladı

Hazırda oxunan: 9-cu Kazan İƏT Gənc Sahibkarlarının Forumuna qeydiyyat başladı

117779

Bu ilin 15-20 may tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində Tatarıstan hökuməti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Tatarıstan Respublikası Gənclər Nazirliyinin və Tatarıstan Respublikası "Selet" Gənclər Fondunun birgə təşkilatçılığı, eləcə də Gənclər Diplomatiyası Akademiyası, Sabah.lab, Kazan IT Parkın  və digər qurumların tərəfdaşlığı ilə İƏT Gənc Sahibkarların 9-cu Beynəlxalq Forumunun keçirilməsi planlaşıdırılır.

Bizim.Media xəbər verir ki, ənənəvi olaraq hər il Kazan şəhərində keçirilən “Rusiya və İslam dünyası” sammiti çərçivəsində keçiriləcək bu forumun əsas məqsədi həm İƏT məkanında yeni yaradılan startup layihələrinə dəstək vermək, həm də gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq, o cümlədən, Rusiya Federasiyası-İƏT ölkələri arasında iqtisadiyyat, ticarət və innovasiya sahəsində əməkdaşlığa töhfə verməkdir.

Forum çərçivəsində bu ilin 1 fevral – 20 mart tarixlərində IT startap layihələri üzrə müraciətlərin qəbulu həyata keçiriləcək, 20 mart – 1 aprel tarixlərində isə final mərhələsindən öncə seçilmiş layihə iştirakçıları üçün onlayn formatda beynəlxalq ekspertlərin keçəcəyi müxtəlif mövzular üzrə mühazirələr və təlimlər təşkil olunacaqdır.
Təlimləri uğurla başa vuran startap layihələri bu ilin 15-20 may tarixlərində Kazan şəhərində 5 gün ərzində təhsil sessiyaları və startap təqdimatları formatında təşkil olunacaq Forumun final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Tədbirin sözügedən final mərhələsində İƏT ölkələrini təmsil edəcək 35 ən yaxşı startap layihəsinin təqdimatı keçiriləcək və onların investorlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı qərar qəbul ediləcəkdir. Startap layihələrində iştirak etmək istəyən şəxslər və komandalar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO