Elnur Hidayətoğlu vəzifəsindən niyə AYRILIB? – Özü AÇIQLADI 

Elnur Hidayətoğlu vəzifəsindən niyə AYRILIB? – Özü AÇIQLADI 

Hazırda oxunan: Elnur Hidayətoğlu vəzifəsindən niyə AYRILIB? – Özü AÇIQLADI 

117774

Xəbər verildiyi kimi Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Elnur Hidayətoğlu öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, Elnur Hidayətoğlu öz sosial hesabında işdən ayrılmasına atdınlıq gətirib. O, deyib ki, dünən Kliniki Tibbi Mərkəzdə (KTM) son iş günü olub:

“Burada işlədiyim müddətdə nələr baş verdi, yeniliklər nə oldu, hansı PR işləri görüldü və s. bu haqda heç nə yazmayacam. Yalnız qürurla yazacağım bir məqam var. İllərlə haqqında az qala hər gün “qara xəbərlər” tirajlanan bir yerin imicinin dəyişməsi üçün sadəcə əlimdən gələni yox, bütün gücümü, ürəyimi qoydum.
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış jurnalist vəzifəsindən ayrıldı


Bəzən gecə yarısına kimi iş başında oldum, bəzən də evdə olanda belə gecə saat 3-4-də telefon zənglərinə cavab verdim, o saatlarda yuxudan durub, yenidən işə gəldiyim vaxtlar oldu...

Buraya sadəcə xəstəxana kimi yanaşmadım, işimi böyük bir qurumun, sanki hansısa nazirliyin ictimaiyyətlə əlaqələri kimi qurdum. Kiçik imkanlarla tez-tez nəsə bir yeniliklər etməyə çalışdım və bəzən elə oldu ki, hər ay, hər həftə, bəzən də bir neçə gün ardı-arda ölkə gündəmində olduq.

Artıq adı gələndə çoxunun qanı qaralan “Semaşko” haqqında mediada, sosial şəbəkələrdə müsbət istiqamətli – sevindirici, qürurverici, maraqlı, insanlara toxunan, üzünü güldürən xəbərlər gündəm olmağa başladı.. Ən sevindirici bilirsiniz nədir? İçi özüm qarışıq, bir zamanlar çoxumuz bura yaxınlarımızın “düşməyini” istəmirdik”

Elnur Hidayətoğlu əlavə edib ki, ölkəmizdə icbari tibbi sığortanın tədbiqi, Mərkəzin TƏBİB-in tabeliyinə verilməsindən sonra baş verən dəyişiklik və bu dəyişikliklər haqqında cəmiyyətimizin məlumatlandırılması Klinik Tibbi Mərkəzlə bağlı fikirləri kifayət qədər dəyişdi:

“Artıq insanlarımız ən ağır xəstələrinin belə burada sağalacağına inanır. Ən azından “Xahiş edirəm, elə edin ki, atam, anam, qardaşım, bacım və s. orda müalicə olunsun” kimi müraciətlərin həddən çox artması belə deməyə əsas verir. Yeri gəlmişkən, görməyincə mən də inanmırdım ki, burada olduqca savadlı, bu qədər peşəkar və güclü həkimlər var.

Bütün bunları gördükcə, onları tanıdıqca anladım ki, KTM haqqında, burada işləyən həkimlər, tibb personalı barədə yalnış xəbərlərin getməməsi üçün ən radikal jurnalistlə də dost olmaq lazımdır. 

Jurnalistlər demişkən, mən də jurnalistikadan çıxdığım üçün çox yaxşı bilirəm, normal jurnalistika ilə məşğul olanlar nə istəyir? Onlar sadəcə pis və ya yaxşı, fərq etməz, doğru xəbər, xəbərin təsdiq və təkzib olunmasını, bir sözlə düzənli əlaqə və ya normal münasibət istəyir.
Bu baxımdan, çox rahatam. İnanmıram, hansısa media nümayəndəsi, hətta şəxsən tanımadığım jurnalist də məndən narazı qalsın! Tanımadıqlarıma da tanışım kimi rəftar etdim, gücüm çatacaq qədər hər kəsin yanında oldum! Hər birinizə sevdiyiniz işlə məşğul olmağı arzulayıram!”, - deyə Elnur Hidayətoğlu qeyd edib. 

Xatırladaq ki, o, bu vəzifəyə 2021-ci ilin noyabrında təyin olunmuşdu.

Qeyd edək ki, Elnur Hidayətoğlu ləğv edilən ANS televiziyasında və APA TV-də aparıcı kimi fəaliyyət göstərib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO