Azərbaycanın 7 sərbəst güləşçisi

Azərbaycanın 7 sərbəst güləşçisi "Zaqreb Open"də mübarizəyə başlayır

Hazırda oxunan: Azərbaycanın 7 sərbəst güləşçisi "Zaqreb Open"də mübarizəyə başlayır

117772

Azərbaycanın 7 sərbəst güləşçisi bu gün Xorvatiyada start götürəcək "Zaqreb Open"də mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 final mərhələsində polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq. 70 kq-da Xadjimurad Qadjiyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.
74 kq-dakı Cəbrayıl Qadjiyev təsnifatda Rumıniyalı Krisztian Biroyla, 86 kq-dakı Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.

Qeyd edək ki, "Zaqreb Open" fevralın 5-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO