“Qəbələ” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

“Qəbələ” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

Hazırda oxunan: “Qəbələ” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

117729

Azərbaycan Premyer Liqasının 20-ci turunda öz meydanında “Sabah”la qarşılaşacaq “Qəbələ” görüşə ciddi itkilərlə çıxacaq.  

Bizim.Media xəbər verir ki, braziliyalı Felipe Santos sarı kart limitini doldurduğu üçün vacib qarşılaşmada komandasına kömək edə bilməyəcək.  

Ötən tur “Kəpəz”lə oyunda ciddi xəsarət alaraq meydanı erkən tərk edən onun həmyerlisi Ramon Maçado isə hələ də tam sağalmayıb. O, fərdi məşqlərlə kifayətlənir.  

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” oyunu fevralın 1-i, saat 15:00-da start götürəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO