Bu gün Yaponiyada baş verən güclü zəlzələ infrastrukturun və ev təsərrüfatlarının qismən dağılmasına gətirib çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kvodo agentliyi yayıb.
Mənbə yazır ki, xəsarət alanların sayı 20-yə çatıb. Vətəndaşların əksəriyyəti evdən çıxanda zədə alıb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, atom obyektlərində fövqəladə vəziyyət yoxdur. Sunami təhlükəsi elan edilməyib.
***
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı ölkənin əsas meteoroloji agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
"Ağıllı şəhər"lərin yaradılmasında Yaponiya təcrübəsi öyrənilir
Mənbə yazır ki, yeraltı təkanların mərkəzi Fukusima prefekturası yaxınlığında Sakit Okeanda olub.
Zəlzələnin gücü 6 ballıq olub.
Eyni zamanda, titrəmələr Tokioda da hiss olunub. Paytaxtın mərkəzində təxminən 4 bal qeydə alınıb.
Sunami təhlükəsinin olmadığı da bildirilir.
Bizim.Media