Qərb Bakıya real təzyiq göstərə bilmir – Almaniyalı politoloq

Qərb Bakıya real təzyiq göstərə bilmir – Almaniyalı politoloq

Hazırda oxunan: Qərb Bakıya real təzyiq göstərə bilmir – Almaniyalı politoloq

117623

Avropa Birliyi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara, Qərb isə Bakıya real təzyiq göstərə bilmir.

Bizim.Media xəbər verir ki, bu fikirləri almaniyalı politoloq Aleksandr Rar səsləndirib.

Onun fikrincə, Avropanın təsir dairəsi çox azdır, ancaq ABŞ bu problemlərin həllinə qarışsa, o zaman nəsə etmək olar.

“Böyük mübahisələrdən sonra Kosovo müstəqillik əldə etdi və bu, Ermənistanın “xeyrinə” oldu. Ukraynada müharibə başlayandan sonra isə vəziyyət dəyişdi. Bütün Qərb qətiyyətlə belə bir mövqe tutdu ki, milli azlıqların öz müqəddəratını təyinetmə məsələsi arxa plana keçsin. Və Ermənistan bu məsələdə ciddi dəstəyini itirdi, çünki beynəlxalq hüquq Qərbdə fərqli şərh olunmağa başladı. Ona görə də Qərb Azərbaycanın mövqelərini dəstəkləyəcək”, deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO