İsrail Ukraynaya zirehli təcili yardım maşınları TƏDARÜK ETDİ 

İsrail Ukraynaya zirehli təcili yardım maşınları TƏDARÜK ETDİ 

Hazırda oxunan: İsrail Ukraynaya zirehli təcili yardım maşınları TƏDARÜK ETDİ 

117527

İsrail humanitar yardım çərçivəsində Ukraynaya üç ədəd zirehli təcili yardım maşını verib.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə Nazirliyi Ukrayna xilasetmə qüvvələrinə üç gülləkeçirməz təcili yardım maşını təhvil verib. İsrailin “Plasan Reem” şirkəti təcili yardım maşınlarını zirehliləşdirib və onları monitor, defibrilyator, oksigen verilməsi sistemi və s. kimi həyat xilas etmək üçün zəruri olan avadanlıqlarla təchiz edib”, - məlumatda deyilir.

Nazirlikdən qeyd edilib ki, daha bir belə maşın bir neçə həftə əvvəl Ukrayna tərəfinə verilib və o, artıq xilasetmə xidmətləri tərəfindən istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO