Emin Əmrullayev Türkiyənin milli təhsil naziri ilə GÖRÜŞDÜ - FOTO 

Emin Əmrullayev Türkiyənin milli təhsil naziri ilə GÖRÜŞDÜ - FOTO 

Hazırda oxunan: Emin Əmrullayev Türkiyənin milli təhsil naziri ilə GÖRÜŞDÜ - FOTO 

117482

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşüb. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində ötən il həyata keçirilən birgə fəaliyyət, o cümlədən müəllim və şagird mübadiləsindən məmnunluq ifadə edilib.  
Cari ildə peşə təhsili müəssisələrinin məzmun və tədris baxımından yenidən qurulması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri fevralın 1-də başa çatacaq.

Səfər çərçivəsində türkiyəli nazir Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, STEAM İnnovasiya Mərkəzi, Bakı Avropa liseyi, Bakı Türk Anadolu liseyi və digər təhsil müəssisələrində olacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO