ABŞ Ermənistana kömək etmək istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməlidir – Politoloq

ABŞ Ermənistana kömək etmək istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməlidir – Politoloq

Hazırda oxunan: ABŞ Ermənistana kömək etmək istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməlidir – Politoloq

117369

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı, İranın hərbi sənayesinə və anbarlarına gecə hücumları ilə bağlı hadisələr fonunda ABŞ dövlət katibinin müavini Karen Donfridin diqqətəlayiq bəyanatları kölgədə qalıb. 

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Cənubi Qafqaz

Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov yazıb.

"Müddəalara keçək.

1.“Laçın dəhlizi ətrafındakı vəziyyət sülh prosesinin irəliləməsinə əngəl törədir”.

Nə deyə bilərik. Birtərəfli yanaşmadır. Ekoloji fəaliyyət yeganə maneədirmi? Bəs yoldan qeyri-humanitar məqsədlər üçün istifadə etmək necə? Silahların, minaların daşınması, İran təxribatçıları və yerin təkinin qarət edilməsi? Bu maneə deyilmi? Bəs Paşinyanın sülh müqaviləsinin Rusiya versiyasına “yüz faiz razılığı” ilə birdəfəlik geri çəkilməsinə nə demək olar?

Bəlkə ritorikanıza yeni elementlər əlavə etməyin vaxtı çatıb? Əks halda ciddiliyinizi itirirsiniz. Blinkenin zəngləri isə havada qalır. Paşinyana niyə mesaj verilmir? Cənab Rikerin İrəvandakı görüşdə səs tonunu yüksəltməsi səbəbsiz deyildi... 

2.“Qarabağda yerli erməni əhalinin vəziyyətindən çox narahatıq”. 

Bəs yerli azərbaycanlı əhali necə? Sizin yanınızda, Florida sahillərindən yüzlərlə kilometr aralıda Kuba var. Və siz bu ada ölkəsini blokadaya alırsınız. Məqsəd əhalinizin təhlükəsizliyini təmin etməkdir. Biz isə Azərbaycan əhalisinin yaşadığı ərazidən bir neçə kilometr aralıda silahlı ermənilərin olmasına dözməliyik. O əhalinin sayı tezliklə daha çox olacaq. Əgər narahatsınızsa, yaşıl kartları bir illiyə bağlayın və Qarabağ ermənilərinə verin, onlar da sizin yerli erməniniz olsun...

Və çox narahatsınızsa, mövqeyinizi tənzimləyin. 

Lavrova baxın, o, artıq minalardan danışır. Bir müddət əvvəl Azərbaycan XİN rəhbəri Lavrova istinad edərək qeyd edib ki, Rusiya Ermənistan Silahlı Qüvvələrinin ərazidən çıxarılmasını təmin edə bilməz. Heç olmasa, bundan nümunə götürün ... Bakının fikrini nəzərə almasanız, uzağa getməyəcəksiniz, ancaq yerinizdə duracaqsınız ...

3. “Qarabağda yerləşdirilən qondarma Rusiya sülhməramlıları konstruktiv rol oynamır və İran Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır”.

Mən Rusiya sülhməramlı kontingentinin hüquqşünası kimi çıxış etməyəcəyəm, amma qeyd edim ki, bu, Qarabağda vaxtı məhdud olan yeganə xarici missiyadır. Azərbaycan kənardan heç kimin, xüsusən də Qərb nümayəndələrinin öz ərazisinə daxil olmasına imkan verməyəcək.

İran aktivdir, deyirsiniz? Harada aktivdir, hansı ölkə onlara şərait yaradır (baş konsulluqlar açır, silah qəbul edir, təxribat qruplarının Qarabağa keçirilməsinə şərait yaradır) və hansı ölkə İranın regionda dağıdıcı fəaliyyətini məhdudlaşdırır? Karen Karlovna, bu ölkələrin adını çəkin!
Amma Azərbaycan vəziyyəti tənzimləyəcək və hər şey öz axarına düşəcək. Əgər Ermənistana və ermənilərə kömək etmək istəyirsinizsə, o zaman Azərbaycanın şərtlərini qəbul edin. Hələlik o şərtlər mütənasibdir, Ermənistanın təhlükəsizliyinə zəmanət verir”, - deyə F.Məmmədov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO