Bakıda qəribə hadisə: Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - VİDEO

Bakıda qəribə hadisə: Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - VİDEO

Hazırda oxunan: Bakıda qəribə hadisə: Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - VİDEO

117297

Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

Bizim.Media xəbər verir ki, bu problemlə Binəqədi rayonu, Xocəsən qəsəbə sakini Emin Hüseynov qarşılaşıb.

Onun sözlərinə görə, son dəfə 4-5 il əvvəl arayış alarkən yaşadığı Həmid Sultanov küçəsi ev 24-də yoldaşı, iki oğlu və özü qeydiyyatda olub. Amma bir neçə gün əvvəl öyrənib ki, onlardan başqa şəxslər də həmin evdə qeydiyyatdadırlar.
17 nəfərin necə və nə zaman qeydiyyata düşməsi haqqında ev sahibinin məlumatı yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə münasibət bildirib və qeyd edib ki, fakt araşdırılır.

Ev sahibindən onu da öyrəndik ki, sözügedən qəsəbədə başqa ərazilərdə də Həmid Sultanov küçəsi var.

Ola bilər ki, həmin ünvanlarla Emin Hüseynovun yaşadığı mənzilin ünvanı texniki baxımdan səhv düşüb. Hər halda bu məsələ araşdırılıb, vətəndaşın evində olan əlavə 17 nəfər qeydiyyatdan çıxarılacaq.

Ətraflı Xəzər televiziyasının hazırladığı reportajda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO