Beyləqanda avtomobil su kanalına aşdı: 2 ölü, 1 yaralı var - FOTO

Beyləqanda avtomobil su kanalına aşdı: 2 ölü, 1 yaralı var - FOTO

Hazırda oxunan: Beyləqanda avtomobil su kanalına aşdı: 2 ölü, 1 yaralı var - FOTO

117283

Beyləqanda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb. 50-BT-575 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili hərəkətdə olan zaman sürücü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb. Qəza zamanı iki nəfər hadisə yerindəcə həyatını itirib.

Bir nəfər isə ağır bədən xəsarətləri alaraq Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO