İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında qeyd edilib.
“Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk. Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, ötən gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:49 / 28.01.2023
İtaliya XİN səfirliyimizdə törədilən terroru PİSLƏDİ
Hazırda oxunan: İtaliya XİN səfirliyimizdə törədilən terroru PİSLƏDİ
Hazırda oxunan: İtaliya XİN səfirliyimizdə törədilən terroru PİSLƏDİ
117223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.