Bakıda Avropa çempionatı keçiriləcək

Bakıda Avropa çempionatı keçiriləcək

Hazırda oxunan: Bakıda Avropa çempionatı keçiriləcək

117197

Gimnastikanın “TeamGym” növü üzrə 2024-cü il Avropa çempionatı Bakıda keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Gimnastikasının (EG) rəsmi saytı xəbər yayıb. 
Yarış 16 – 19 oktyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növü olan növə 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir. 

“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar). 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO