Polşa - Azərbaycan oyununun məkanı açıqlandı

Polşa - Azərbaycan oyununun məkanı açıqlandı

Hazırda oxunan: Polşa - Azərbaycan oyununun məkanı açıqlandı

117142

Futzal üzrə Azərbaycan millisinin 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa ilə səfər oyununun məkanı müəyyənləşib. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu, VI qrupun sonuncu görüşü olacaq. 

Martın 7-də təşkil olunacaq matçın başlama saatı hələ açıqlanmayıb. Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. 

Qeyd edək ki, əsas mərhələdə artıq 2 oyun keçirən Azərbaycan millisi maksimum xalla turnir cədvəlinə başçılıq edir. Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib. 
Polşa yığması isə 3 oyun keçirib. Yunanıstanı hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti Azərbaycandan alıb. Polşa - Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə Azərbaycan millisinə heç-heçə də sərf edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO