İranlı politoloq: “Səfirlikdəki hadisə planlı şəkildə baş verib” - ÖZƏL

İranlı politoloq: “Səfirlikdəki hadisə planlı şəkildə baş verib” - ÖZƏL

Hazırda oxunan: İranlı politoloq: “Səfirlikdəki hadisə planlı şəkildə baş verib” - ÖZƏL

116945

“Azərbaycanın İrandakı səfirliyi paytaxt Tehranın ərazi olaraq ən yaxşı yerindədir. İranın bir çox önəmli şəxsləri də, həmin ərazilərdədir. Oradakı təhlükəsizlik məsələləri ciddi şəkildə həyata keçirilir”.

Bu fikirləri İrandakı Azərbaycan səfirliyinə hücumu şərh edən iranlı politoloq Rza Talibi deyib. O hesab edir ki, proses heç də təsadüfə bənzəmir.

“Son aylar həm İranın daxilindəki gedişat yaxşı deyil, etirazlar olurdu. Hakimiyyət də, etirazları basdırmağa çalışırdı. Beynəlxalq məsələlərdə də İran biraz geri çəkilmişdi. Gərginliyin hökm sürdüyü ortamda İran və Azərbaycan münasibətləri də heç də yaxşı deyil.
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı səfirliyimizə hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 


Diplomatik və regional səviyyədə görürük ki, münasibətlər yaxşı deyil. İran çox çalışır ki, Zəngəzur dəhlizi baxımından Azərbaycana təzyiq etsin. Yaranan sual budur ki, Azərbaycanla İran arasında gərginliyin olduğu bir vaxtda belə bir hadisə niyə baş verdi?

Birinci növbətə hadisə törədən şəxsin kimliyi tam bəlli olmalıdır. Deyilir ki, erməni əsillidir. Lakin düşünürəm ki, erməni əsilli birinin səfirliyə daxil olması bu qədər asan olmamalı idi.

İkincisi, deyirlər ki, ailəvi məsələdir. Əgər belədirsə, həmin şəxsin Azərbaycan vətəndaşı olması lazımdır. Axı bu, necə ola bilir ki, avtomatı alıb səfirliyə daxil olur və Azərbaycan vətəndaşını şəhid edir? Mən düşünürəm ki, belə bir gərginlik vaxtı baş verən hadisə planlı məsələdir. Demirəm ki, arxasında yalnız İran ola bilər.

Başqası da ola bilər. Elə bir münasibət formalaşdırırlar ki, iki ölkə arasında münasibətlər daha da gərginləşsin.
Əgər radikal dini hücumdursa belə, bunun arxasında İran daxilindəki qurumlar ola bilər. Əgər erməni tərəfindən edilən cinayətdirsə, arxasında erməni radikalları da ola bilər.  Hər bir halda şəffaf araşdırma lazımdır. Allah şəhidimizə rəhmət etsin”, - deyə politoloq əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO