“Heydər Əliyev-100” videolayihəsinə start verildi

“Heydər Əliyev-100” videolayihəsinə start verildi

Hazırda oxunan: “Heydər Əliyev-100” videolayihəsinə start verildi

116735

Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev İli çərçivəsində “Heydər Əliyev-100” videolayihəsinə start verib.

Bizim.Media Komitəyə istinadən xəbər verir ki, layihə çərçivəsində görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlıları ilə görüşləri, xaricdə yaşayan soydaşlarımıza Ümummilli Liderin çağırış və tövsiyələri, tarixi şəxsiyyətlərə qayğısı, Cənubi Azərbaycan mövzusunda çıxışları və s. yer alacaq.

Ulu Öndərin xarici səfərləri zamanı görüşdüyü Azərbaycan icmalarının üzvlərinin ilk dəfə dilə gətirəcəkləri maraqlı xatirələr də videoformatda təqdim olunacaq.

Artıq videoçarxların istehsalına başlanılıb. Layihənin çəkilişləri həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO