Aktrisa Xuraman: “Məni Tünzalə ilə bir-birimizə bağlayan gec ana olmağımız oldu” - VİDEO

Aktrisa Xuraman: “Məni Tünzalə ilə bir-birimizə bağlayan gec ana olmağımız oldu” - VİDEO

Hazırda oxunan: Aktrisa Xuraman: “Məni Tünzalə ilə bir-birimizə bağlayan gec ana olmağımız oldu” - VİDEO

116732

“Bizi bir-birimizə bağlayan övladlarımız və onların dostlaşması oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Xuraman Əlizadə qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Yanvarın 22-də dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı xatirələrini bölüşən sənətçi, onunla çox yaxın rəfiqə olduğunu vurğulayıb.  

“Bir gün oğlum Əlini çəkilişə gətirdim. Tünzalə ilə o dəqiqə dost oldular. Tünzalə 6 yaşlı uşaqla elə danışdı ki, Əli elə bildi ki, onun qarşısında elə 6 yaşlı qız uşağı var. Tünzalə Əliyeva söylədi ki, səni qızım Zəhra ilə görüşdürəcəyəm. İki-üç gündən sonra biz görüş təşkil etdik. Onları əyləncə mərkəzinə apardıq. Orada birgə zaman keçirdilər. Uşaqlar bir-birinə çox bağlandılar, dost oldular. Hətta bir-biri ilə görüntülü danışırdılar. Bizi bir-birimizə bağlayan gec ana və kilolu olmağımız oldu. Ətrafdakılar bizi kilolu olduğumuza görə hər zaman qınayırdı. Tünzalə sağlamlığına və fakturasına görə mədəkiçiltmə əməliyyatı etdirdi, sonra da arıqladı.

Mən isə hələ də o barədə ümumiyyətlə düşünmürəm. Arzulayırdıq ki, övladlarımızın toyunda birgə qol qaldırıb oynayaq. Özümə hələ də gələ bilməmişəm. Bilirdik ki, Tünzalə xərçəngdən əziyyət çəkir. Amma onun dünyasını dəyişəcəyini gözləmirdik. Düşünürdüm ki, o sağalacaq. Amma əksinə oldu. Çox mücadilə etdi. Çox güclü idi. Çəkilişlərə gələndə artıq onun ayaqlarında problem yaranmışdı. Amma səsinin batması  bir aktyor və sənət insanı üçün çox ağır idi. Onunla çox xoş idi mənə…”.  
Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində saat 12 radələrində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO