Toylara getməyən Lətifə: “Oradan gələn pula ehtiyacım yoxdur” - VİDEO

Toylara getməyən Lətifə: “Oradan gələn pula ehtiyacım yoxdur” - VİDEO

Hazırda oxunan: Toylara getməyən Lətifə: “Oradan gələn pula ehtiyacım yoxdur” - VİDEO

116556

Opera və vokal müğənnisi Lətifə Soyuöz açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində toylara və şou proqramlara getmədiyini açıqlayıb. 

Lətifə el şənliklərində iştirak etməməsinin səbəbini belə izah edib: 

“Şou proqramlara, toylara heç yarım saatlıq da getmirəm. Çünki oradan gələn pula ehtiyacım yoxdur. Çünki özümü diskomfort hiss edirəm, rahat olmuram. Bilmirəm bu nə ilə əlaqəlidir. Filarmoniyanın, Opera və Balet teatrının səhnəsinə çıxıb ifamı səsləndirəndə daha rahat oluram. Səhnə mənimdir. Amma hər hansısa bir qohumumun xoş məclisinə gedəndə və orada çıxış edəndə çox çətin olur. Heç rahat olmuram. Özümü xoşbəxt hiss etmirəm. Belə məclislərdə gedib oxuyuramsa, sonra da ora getdiyimin peşmançılığını çəkirəm. Kişi sənətçilər üçün toy məclisində iştirak etməsi daha rahatdır. Amma biz qadınlar üçün düşünürəm diskomfortdur”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO