Səməd Seyidov: “Avropa Şurası erməni işğalına reaksiya versəydi, müharibə də olmazdı”

Səməd Seyidov: “Avropa Şurası erməni işğalına reaksiya versəydi, müharibə də olmazdı”

Hazırda oxunan: Səməd Seyidov: “Avropa Şurası erməni işğalına reaksiya versəydi, müharibə də olmazdı”

116513

“Avropa Şurasının gələcəyi haqqında düşünmək vaxtı çatıb. Zənnimcə, qarşıdan gələn Reytyavik sammitini “fövqəladə sammit” adlandırsaq daha düz olar. Çünki Avropa Şurasında, eləcə də Avropada çox dərin böhranı görürük. Bu dərin böhran necə baş verib? Gəlin səmimi olaq, məhz səmimiyyət olmadığı üçün bu böhrana düçar olmuşuq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası dövlət və hökumət başçılarının dördüncü Zirvə görüşünə dair Assambleyanın təklifləri ilə bağlı məruzənin müzakirələri zamanı çıxışında deyib.

“Uzun illər öncə bu təşkilat üzv dövlətlərin - Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ukraynanın ərazilərinin işğalına obyektiv və cəld reaksiya versəydi, bu gün böhran və müharibə olmazdı. Ancaq indi Avropa müharibə içərisindədir. İndi bu böhrandan çıxış yolları axtarırıq. Nə etməliyik? İndi hər şeyi dəyişməliyik. Çünki məhz bu yanaşma tərzi təşkilatı böhrana yuvarlayıb.

Bəs nə edirik? Dəyərləri qoruyub saxlamaqdan, riayət etməkdənsə, təsisatların özlərinin qorunmasına başlanılıb. 

Demokratiya, insan hüquqları, hüququn aliliyindən təzyiq vasitəsi kimi istifadə edildiyini görürük. Geri, əsil dəyərlərə dönməliyik. Ancaq ilk növbədə səmimi olmalıyıq, buradan bir qrup ölkəyə üstünlük verərək, onların haqlı, digərlərinin isə haqsız olması yanaşmasına son qoymalıyıq.

Yalnız səmimi yanaşma yeni Avropa Şurasına gətirib çıxara bilər və mən yeni Avropaya inanıram”, - deyə S. Seyidov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO