Azərbaycanla Rusiya beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqində ƏMƏKDAŞLIQ EDƏCƏK

Azərbaycanla Rusiya beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqində ƏMƏKDAŞLIQ EDƏCƏK

Hazırda oxunan: Azərbaycanla Rusiya beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqində ƏMƏKDAŞLIQ EDƏCƏK

116465

Azərbaycanla Rusiya arasında beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqi ilə bağlı saziş təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində saziş təsdiqləndi – Prezidentdən FƏRMAN 


Fərmana görə, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. 

Saziş qüvvəyə mindikdən sonra Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. 

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO