Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Bəs ipoteka kreditlərinin ayrılması daşınmaz əmlak bazarına necə təsir edəcək?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı trend.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ipoteka kreditlərinin ayrılması daşınmaz əmlak bazarında canlanma yaradacaq.
Onun sözlərinə görə, ipoteka kreditləri hər il ilin əvvəlində ayrılır.
"Bu da əmlak bazarına pul axını deməkdir. Bütün bu proseslər əmlak bazarında qiymətlərə təsir edir. Qısa müddət ərzində mənzillərə olan tələbat artır.
Belədə qiymətlər nisbi də olsa bahalaşır. Qiymətlər təxminən 5% civarında bahalaşır. Bu da ayrılan limitdən və müddətindən aslıdır. Proses təqribən yanvar ayının sonlarından aprel ayının sonlarına qədər davam edir", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 42 358 borcalana 2 milyard 424,142,474 milyon manat kredit verib.
Bundan başqa, indiyə qədər 349,759,000 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3013 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:07 / 24.01.2023
Əmlak bazarında bahalaşma olacaq
Hazırda oxunan: Əmlak bazarında bahalaşma olacaq
Hazırda oxunan: Əmlak bazarında bahalaşma olacaq
116398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.