ÜST-dən HƏYƏCAN TƏBİLİ: Öskürək siropu 300-dən çox insanın ölümünə səbəb oldu

ÜST-dən HƏYƏCAN TƏBİLİ: Öskürək siropu 300-dən çox insanın ölümünə səbəb oldu

Hazırda oxunan: ÜST-dən HƏYƏCAN TƏBİLİ: Öskürək siropu 300-dən çox insanın ölümünə səbəb oldu

116302

Öskürək siropu üç ölkədə 300-dən çox insanın ölümünə səbəb olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Məlumata görə, nəticələr üç ölkədə - Özbəkistan, Qambiya və İndoneziyada yüzlərlə azyaşlı uşaqda aşkarlanıb. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır. 

ÜST-dən bildirilib ki, yüksək təsirli dietilen qlikol və etilen qlikolun olduğu təsdiqlənmiş və ya şübhəli bilinən uşaq öskürək siropu oktyabr-yanvar aylarında yeddi ölkədə satılıb. 

Sənaye həlledicisi antifriz kimi istifadə edilən bu maddələr kiçik dozalarda belə ölümcüldür və buna görə də onların dərman preparatlarında olması qadağandır. 

ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO