Qəbələnin Nic qəsəbəsində yol qəzası baş verib

Qəbələnin Nic qəsəbəsində yol qəzası baş verib

Hazırda oxunan: Qəbələnin Nic qəsəbəsində yol qəzası baş verib

116285

Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Qəbələdən keçən hissəsində iki avtomobil toqquşub.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, ağır yol –nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Belə ki, qəza zamanı Şəki şəhər sakinləri -  37 yaşlı Ruslan Saatov və 43 yaşlı Seyran Mustafayev eləcə də Oğuz rayon sakinləri 37 yaşlı Cavidan Həsənov və 45 yaşlı Bəhruz Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.  

Qəzada xəsarət alanlar Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilib. Hazırda müalicə və müayinələri davam etdirilir.  

Faktla bağlı araşdırmalar aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO