Ruben Vardanyan yenə öz ampluasındadır. Bu günlərdə BBC-nin “Hard Talk” proqramının “qonağı” olan milyarder aparıcı Stiven Sakurla müsahibəsində tipik ermini kimi çıxış edib. O aparıcının bütün suallarından qaçaraq tamaşıçıların diqqətini daha çox Qarabağdakı “zavallı və yazıq erməni”lərin sosial durumuna yönəltmək istəyib. Beləcə bütün cavabları ilə o təkcə özünü deyil, həm də separatçıları biabır edib.
Vardanyanın Putin haqqında söz deməyə cəsarəti çatmır
Məsələn, jurnalist deyir ki, baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan hökuməti indi Moskvanı çox tənqid edir, Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirməməkdə ittiham edir. Amma maraqlısı odur ki, siz Moskvanı tənqid etmirsiniz. Niyə?
Ruben Vardanyan suala cavab verə bilmir. Sualdan yayınaraq aparıcını Qarabağa dəvət edir. Moskva və Putin barədə isə heç nə demir. Stiven Sakursa təkidlə siz uzunmüddətli perspektivdə Vladimir Putinə güvənməkdən məmnunsunuzmu? - deyə soruşur. Əlacsız qalan erməni - nə demək istəyirsiniz? - deyə jurnalisti şantaj etmək istəyir. Və onu Qarabağdakı həqiqətləri bilməməkdə suçlayır.
Müsahibədən aydın olur ki, Ruben Vardanyan Moskvanın yeni layihəsi və “Qarabağ klanı”nın ehtiyat kartıdır. Əslində Vardanyan bunu heç inkar da etmir.
Vardanyan Paşinyanla soyuq müharibə şəraitindədir
Bu azmış kimi o özünü daha bir məsələdə ifşa edir. Belə ki, jurnalist ona sual verir ki, sizə elə gəlmir ki, Qarabağdakı vəziyyətin pis olmasının digər səbəbi kimi Xankəndindəki separatçı liderlərlə Paşinyanın soyuq münasibətidir?
Vardanyan yenə suala birbaşa cavab vermir. Fikrini belə izah edir ki, bizdə əsas şəxs prezidentdir:
“Və onun (Ermənistanın) baş naziri ilə həmişə yaxşı münasibəti olub. (əsəbiləşir) Ümumiyyətlə nə danışırsan, mən bilmirəm. Bu fərziyyədir, məncə, söhbətimizdə bunu müzakirə etmək və ya istinad etmək mənasızdır”.
Beləcə, Vardanyan özünü hər mənada ifşa edir. Və Paşinyanla soyuq münasibətini gizlədə bilmir. Etiraf edir ki, onun Paşinyanla heç bir əlaqəsi yoxdur. Bu isə onun Ermənstan dövlətindən daha çox Moskva və “Qarabağ klanı”nı ilə işbirliyində olduğunu sübut edir.
Vardanyan Ukraynaya edilən təcavüzdən danışmaq istəmir
Müsahibədə daha bir maraqlı məqam. Stiven Sakur sual edir ki, siz Putinin Ukraynaya təcavüzünü pisləyirsinizmi?
Vardanyan yenə sualdan qaçır: Mən də sizə cavab verdim ki, mən öz xalqımı qorumaq üçün lazım olan hər şeyi edəcəyəm, onlara uyğun olan hər şeyi edəcəyəm.
Təmkinli Stivendən növbəti zərbə gəlir: Sizin fikriniz Ermənistanda yaşayan ermənilərin fikri ilə heç də eyni deyil, çünki onlar Putinin Ukraynaya təcavüzünün nəticələrindən çox narahatdırlar.
Ruben Vardanyanın cavabı bu dəfə konkret olur: Mən Ermənistan haqqında danışmaq istəmirəm.
Qarabağdakı ermənilər üçün 2 yol
Jurnalistin görünür, indi sizin üçün yeganə real çıxış yolu ya Azərbaycanla siyasi razılaşma əldə etməkdir, ya da erməni icması bu ərazini tərk etməlidir. Siz hansı yolu seçəcəksiniz? - sualına Vardanyan yenə konkret cavab vermir. Əvəzində Avropa Parlamentini Azərbaycana təzyiq eləməyə çağırır.
Beləcə, Vardanyan bütün müsahibə boyu heç bir suala konkret cavab vermir. Müshibənin maraqlı məqamlarından biri də odur ki, jurnalist verilişdən əvvəl Ruben Vardanyanı yaxşıca öyrənib. Onun hansı yuvanın quşu olmasını çox gözəl bilir. Məsələn, jurnalist Vardanyana xatırladır ki, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi və Navalnı Korrupsiyaya Qarşı Mübarizə Fondu sizi oğurluq biznesdə ittiham edib.
Lakin Vladimir Putinin nəzarəti altında olan hakimiyyət sizə qarşı heç bir ittiham irəli sürməyib, niyə? - deyə soruşanda o, bu hesabatın 4 il əvvəl hazırlandığını və heç bir əsası olmadığını söyləyir.
Bu müsahibədən bir daha aydın olur ki, Ruben Vardanyan Moskvanın yeni layihəsi və “Qarabağ klanı”nın ehtiyat kartıdır. Amma görünən odur ki, bu ehtiyat kartı qısamüddətli oyunlar üçündür… Oyunun sonu artıq görünür.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 24.01.2023
Vardanyanın BBC SƏRGÜZƏŞTLƏRİ – Separatçı milyarder Putin haqqında danışmaqdan niyə qorxur?
Hazırda oxunan: Vardanyanın BBC SƏRGÜZƏŞTLƏRİ – Separatçı milyarder Putin haqqında danışmaqdan niyə qorxur?
Hazırda oxunan: Vardanyanın BBC SƏRGÜZƏŞTLƏRİ – Separatçı milyarder Putin haqqında danışmaqdan niyə qorxur?
116250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.