Ermənistanın ombudsmanı Kristine Qriqoryan istefa ərizəsini parlamentə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.
Qərar başqa işə keçidlə bağlıdır. Mətbuatda yayılan informasiyaya görə, o, Ali Məhkəmə-Hüquq Şurasında işləyəcək.
Ombudsman Aparatı açıqlamasında bildirib ki, Qriqoryan münasib vaxtda yeni iş yeri barədə ictimaiyyətə məlumat verəcək və o vaxta qədər mövzu ilə bağlı hər hansı bir şərh verməyəcək.
Qriqoryan ailə üzvlərindən tutmuş baş nazirə qədər hər kəsə minnətdarlığını bildirib və qeyd edib ki, “o, öz missiyasını qərəzsiz, böyük məsuliyyət və sədaqətlə yerinə yetirməyə çalışıb”. Hesabatda həmçinin bildirilir ki, Ombudsman keçid və böhran vəziyyətlərində aparatın daha da institusional inkişafının təmin edilməsi və dayanıqlığının artırılması üçün bütün səylərini göstərib.
Qriqoryan bu vəzifədə bir il çalışıb. O, 2022-ci il yanvarın 24-də Arman Tatoyanın səlahiyyətləri başa çatdıqdan sonra Ombudsman Aparatına gətirilib. Yeri gəlmişkən, Tatoyanın fəaliyyəti hakimiyyət tərəfindən bəyənilməmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
15:06 / 23.01.2023
Ermənistanın ombudsmanı istefa verdi
Hazırda oxunan: Ermənistanın ombudsmanı istefa verdi
Hazırda oxunan: Ermənistanın ombudsmanı istefa verdi
116214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.